|
Azərbaycan-Gürcüstan sərhəddində yeni sərhəd keçid məntəqəsi tikiləcək

Azərbaycan-Gürcüstan sərhəddində yeni sərhəd keçid məntəqəsi tikiləcək. Bu barədə Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi qeyd edib ki, tikiləcək yeni sərhəd keçid məntəqəsi Ağstafanın Sadıxlı kənd ərazisində olacaq"İnşa ediləcək yeni məntəqə bütün xidmətləri əhatə edəcək. Oradan həm piyada, həm minik, həm də yük avtomobillər üçün keçid olacaq:

“Bu məntəqənin tikilməsi gələcəkdə Azərbaycan-Gürcüstan arasında yerləşən "Sınıq körpü" sərhəd keçid məntəqəsində yaranan sıxlığı 40 faiz aradan qaldıracaq".