|
Kürdə boğulan 16 yaşlı gəncin meyiti sudan çıxarılıb

Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü Əlili Ceyhun Eldar oğlunun axtarışları başa çatıb.

Bu barədə "Report"a FHN-nin mətbuat xidmətindən bildirilib. 

Məlumata görə, C.Əlilinin cəsədi FHN-nin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.