|
Lənkəran sakini qohumu tərəfindən döyülüb

Lənkəranda döyülmə faktı qeydə alınıb.

 

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə rayon ərazisində, qohumlar arasında baş verib. Məlumata görə, nəvəsi tərəfindən döyülən qadın, yeznəsi olan rayon sakini, 1963-cü il təvəllüdlü Nürəddin Allahverdi oğlu Xasızadəni köməyə çağırıb. Qohumunu sakitləşdirməyə çalışan N. Xasızadə də döyülüb. Sifət nahiyəsindən xəsarət alan yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

 

Faktla bağlı araşdırma aparılır.