|
Şəmkirdə kişi sirkə turşusundan zəhərlənib

Şəmkirdə zəhərlənmə olub.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Dəllər qəsəbə sakini 1953-cü il təvəllüdlü İsfəndiyar Quliyev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

 

Məlumata görə, İ.Quliyev onkoloji xəstəlikdən əziyyət çəkir. O ağrılara dözməyərək intihar məqsədi ilə sirkə turşusu içib.