|
Naxçıvanda ümumi daxili məhsulun istehsalı artıb

Bu ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 959 milyon 712 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çoxdur.

"Report" Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, muxtar respublikada hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 2116,7 manata çatıb.

Muxtar respublikada yaranan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Bu sahə üzrə 431 milyon 456 min manat dəyərində məhsul istehsal edilib. Bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çoxdur.