|
Kapitan oyunun ən yaxşısı seçildi

DÇ-2018-in 2-ci turunda keçirilən Argentina – Xorvatiya matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Qol.az-ın FİFA-nın saytına istinadən yaydığı xəbərə görə, Xorvatiya millisinin kapitanı Luka Modriç oyunun ən yaxşısı adını qazanıb.

Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi 3:0 hesabı ilə qalib gəldikləri oyunda baxımlı qolla fərqlənib