İyunun 22-də Azərbaycan Bəstəkarlar İttifaqında Şuşa şəhər musiqi məktəblərinin şagirdlərinin iştirakı ilə “Şuşanın sədaları” adlı konsert olacaq.
Bu barədə Bəstəkarlar İttifaqının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyinə həsr olunan tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndiriləcək.
