Müğənni Seren Serengilin sellülitli şəklindən sonra baldızı ilə arasında qalmaqal yaşanıb.
Serengil şəkillərinin fotoşop edildiyini deyərək, Yaşar İpekin bacısı Eylem İpeki günahlandırıb. Eylem isə onun iddialarına qarşı özünü qorumağa başlayıb.
Eylem qardaşı arvadının iddialarına "Məni maraqlandırmırlar, özlərini dəyərli hesab edirlər. Bu cür qalmaqalda adımın hallanmasını istəmirəm. Qoruma qərarı aldıracam. Düşünürəm ki, bundan sonra susar. Türkiyənin ən böyük qəzeti bu xəbəri yayımladı, onu ələ saldı. Bütün işim qurtardı, bir də fotoşop edəcəm? Yoruldum" cavabını verib.
