|
Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş iyunun 21-22-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.