|
Aqrar sığorta haqqında yeni qanun nə vaxt qəbul olunacaq?

Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında yeni qanun layihəsi ilin sonunadək qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının icraçı direktoru İbrahim Alışov "Azərbaycanda sığorta: Yeni perspektivlər" adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qanun layihəsi artıq hazırdır və baxılması üçün ölkə hökumətinə göndərilib:

 

"Qanun layihəsi tam hazırdır və baxılma mərhələsindədir. Ümid edirəm ki, Milli Məclis ilin sonunadək yeni qanunu təsdiq edəcək".

Azərbaycanda kənd təsərrüfatı sığortasında orta tarif ildə 1500 manat (hər hektara 5 faiz) təşkil edir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına əsasən, 2018-ci ilin birinci rübündə aqrar sığorta bazarında yığımlar 1,56 milyon manat, ödənişlər isə 282,9 min manat təşkil edib.