|
Meksikada yol qəzası: 9 ölü, 11 yaralı

Meksikanın Sonora ştatında ağır yol qəzası baş verib.

Trend-in "Nacional" qəzetinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində ən azı 9 nəfər ölüb, daha 11 nəfər isə yaralanıb.

 

Qeyd olunur ki, sərnişin avtobusu Kaborka və Sonoyta şəhərləri arasında yolda aşıb. Xəsarət alanlar arasında azyaşlılar da var.