|
İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılacaq

Kənd Təsərrüfatı Nazirliyi İmişli rayonunda pambıq sahələrindən birində qeydə alınan kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparacaq.

Bunu Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.

 

A.Hüseynov hazırda kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyətinin hadisə yerinə ezam olunduğunu deyib:

“Müvafiq araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək".