|
Qaradağda 4 otaqlı ev yanıb

Bakının Qaradağ rayonunda yanğın olub.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 300 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 kv.m və dam örtüyü 170 kv.m (ümumi 240 kv.m) sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.