|
Səfir: Özbəkistan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir

Özbəkistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib və dəstəkləməkdə davam edir.

Bunu Trend-ə eksklüziv müsahibədə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Hüseynov deyib.

Səfir xatırladıb ki, Özbəkistan birinci prezidenti İslam Kərimovun rəhbərliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin tam həllinədək Ermənistanla diplomatik münasibətlər qurmaqdan imtina etmişdi:

 

“Bugünkü gün Özbəkistan prezidenti Şavkat Mirziyoyev dəfələrlə vurğulayıb ki, Daşkəndin münaqişə ilə bağlı mövqeyi dəyişməzdir”.

H.Hüseynov hesab edir ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı özünü çox yormur.