Azərbaycan 2020-ci ilə Bolqarıstanın qaza tələbatının 25-30 faizini təmin edəcək.
Trend-in məlumatına görə, bunu Bakıda "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyi" mövzusunda keçirilən beynəlxalq konfransda Bolqarıstan energetika nazirinin müşaviri Rozen Simitçev deyib.
Müşavir qeyd edib ki, enerji təhlükəsizliyinin təmin edilməsi və enerji resurslarının tədarükünün şaxələndirilməsi Bolqarıstan və Avropa İttifaqı üçün əsas prioritetdir.
