|
"Fənərbaxça"nın futbolçusu Ərəbistan klubunda

Türkiyənin "Fənərbaxça" klubu futbolçusu Fernandao ilə yollarını ayırıb. 
31 yaşlı hücumçu karyerasını Səudiyyə Ərəbistanının "Əl Vəhda" klubunda davam etdirəcək.

Qeyd edək ki, braziliyalı futbolçu 2015-ci ildən İstanbul klubunda çıxış edirdi. Ötən mövsüm uzun müddət zədədən əziyyət çəkən Fernandao Superliqada 18 oyuna çıxıb və 9 qol vurub.