|
Azərbaycanda iri dövlət şirkətlərinin vahid informasiya bazası yaradılıb

Dünya Bankının tövsiyəsini nəzərə alaraq, Azərbaycanda iri dövlət şirkətlərinin vahid informasiya bazası yaradılıb.

Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu gün keçirilən “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi“ mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu bazada kadr məsələləri, maliyyə və mühasibatlıq göstəriciləri, o cümlədən əmlak üzrə məlumatlar yerləşdirilib.