|
Millimizin hücumçusu Portuqaliya klubunda

Millimizin hücumçusu Renat Dadaşov klubunu dəyişib.

Qol.az-ın xəbərinə görə, son mövsümü “Ayntraxt”da keçirən gənc futbolçu karyerasını Portuqaliyada davam etdirəcək. O, “Eştoril”lə müqavilə bağlayıb. Bu barədə klubun saytı xəbər yayıb. Sözləşmənin müddəti və şərtləri haqda məlumat verilməyib.

Qeyd edək ki, “Eştoril” son mövsümü sonuncu yeri tutaraq  yüksək liqanı tərk edib.