|
“AzərSüd”lə bağlı yayılan xəbərlərə aydınlıq gətirilib

Bir neçə gün öncə Milli.Az internet portalında yayımlanmış “Azərsun Holdinq”ə məxsus “AzərSüd” məhsulunun içindən şüşə qırıntılarının çıxması barədə xəbəri daha dəqiq araşdırmaq üçün sözügedən saytın əməkdaşı məhsulun istehsal olunduğu Kürdəmir Süd Emalı Zavodunu ziyarət edib.


Müəssisə ilə tanışlıq zamanı məlum olub ki, “AzərSüd” məhsulunun istehsalı tam avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Həmçinin ən yüksək gigiyenik tələblərə uyğun olaraq hazırlanan “AzərSüd” barədə məlumatların tamamilə həqiqətdən uzaq, “Azərsun Holdinq” məhsullarına qarşı qarayaxma aksiyası olduğu üzə çıxıb.

Bir daha qeyd edək ki, “AzərSüd” insan əli toxunmadan, müasir tələblərə cavab verən avadanlıqlarla hazırlanır və ən yüksək gigiyenik tələblərə uyğun olaraq qablaşdırılaraq istehlakçılara təqdim olunur.