|
Tovuzda 7 yaşlı uşağı ilan sancıb

Tovuz sakinini ilan sancıb.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2011-ci il təvəllüdlü Cəfərov Nihad Eldəniz oğlu yaşadığı evin həyətində oynayarkən ilan onu sancıb.

 

Azyaşlı dərhal Tovuz rayon Mərkəzi xəstəxanaya, vəziyyəti ağır olduğundan oradan paytaxtda olan xəstəxanaların birinə aparılıb