|
Tovuzda ər arvadını bıçaqlayıb

Tovuzda bıçaqlanma olub.

 

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Öysüzlü kənd sakini, 1991-ci il təvəllüdlü Ceyran Tağıyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə ,qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.

 

Faktla bağlı araşdırma aparılır.