|
ABŞ-ın hərbi təyyarəsi Yaponiyada qəzaya düşüb

Yaponiyanın Okinava adası yaxınlığında ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus F-15 döyüş təyyarəsi dənizə düşüb.

 

APA-nın məlumatına görə, bu barədə “Kyodo” agentliyi xəbər verib. Məlumata əsasən, katapult edən pilotun taleyi hələ ki, məlum deyil. Qırıcının Okinava adasında yerləşən, ABŞ-a məxsus “Kadena” bazasından havaya qaldığı bildirilir.

 

“Kadena” – ABŞ Hərbi-Hava Qüvvələrinin ölkə xaricində yerləşən ən iri bazalarından biridir.