|
“Sənin baxışın” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

İyunun 11-də Xətai Sənət Mərkəzinin elan etdiyi “Sənin baxışın” rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

Xəzər Universiteti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə 45-dən çox sənət əsəri nümayiş olunacaq.

Sərgi çərçivəsində müxtəlif mövzulu sənət əsərlərinin nümayişi nəzərdə tutulur. Sonda qaliblər mükafatlandırılacaq.