|
3 aya 3 milyon qazanacaq
Müğənni Demet Akalın bəzi həmkarları kimi bu ilin yay mövsümünü konsertlər verməklə keçirəcək.
46 yaşlı ifaçı 16 iyun-23 sentyabr tarixləri aralığında ümumilikdə 43 konsertlə sevənlərinin görüşünə çıxacaq.
Demetin bu konsertlərdən ümumi qazancının 3 milyon 635 min lirə (təxminən 1 milyon 376 min manat) olacağı bildirilir.

Sənətçi "Yay Demet Akalınla gözəldir" adlı təqdim etdiyi siyahıya hələ bir neçə məkanın da artırılacağını söyləyib.