|
Putin gələn həftə Paşinyanla görüşəcək

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olacaq.

Trend-in məlumatına görə, görüş gələn həftə baş tutacaq.

 

Nikol Paşinyan Rusiyaya futbol üzrə Dünya Çempionatının açılış mərasimi ilə bağlı səfər edir.