|
Ərdoğan: Türkiyədə fövqəladə vəziyyət rejimi 24 iyun seçkilərindən sonra ləğv oluna bilər

Türkiyədə fövqəladə vəziyyət rejimi 24 iyun seçkilərindən sonra ləğv oluna bilər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

Ərdoğan deyib: "Seçkilərdən sonra fövqəladə vəziyyət rejiminin ləğv edilməsindən gedə bilər".

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı ildə hərbi çevrilişə cəhddən sonra tətbiq edilib və bir neçə dəfə uzadılıb.