Martın 29-da “Central Park” otelində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara mənəvi dəstək göstərmək məqsədilə “Gənclər” İctimai İncəsənət Birliyinin təşəbbüsü ilə rəsm sərgisi açılacaq.
CİA.Az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, talassemiyalı azyaşlı qızın əl işlərindən və rəsmlərindən ibarət sərgiyə giriş sərbəstdir.
