|
Yaponiyaya "Maliksi" qasırğası yaxınlaşır

Sakit okeanda yaranan "Maliksi" qasırğası Yaponiya istiqamətində hərəkət edir.

Trend-in Yaponiyanın Baş meteoroloji idarəsinə istinadən verdiyi məlumata görə, küləyin maksimal sürəti saniyədə 30 metr təşkil edir.

 

Məlumata əsasən, iyunun 11-nə kimi qasırğa Yaponiyanın cənub-şərq sahillərinə çata bilər. Meteoroloqlar cənub rayonlarının sakinlərini qasırğanın hərəkəti barəsində məlumatları diqqətlə izləməyə çağırıb.