|
Azərbaycanın sığorta şirkətinin rəhbərliyində dəyişiklik

Azərbaycanın "Atəşgah Həyat" sığorta şirkətinin rəhbərliyində dəyişiklik olub.

Şirkətdən Trend-ə bildiriblər ki, İdarə heyəti sədrinin müavini Sadıq Mansurov vəzifəsini tərk edib.

Bu vəzifə hələ vakant qalır.

Qeyd edək ki, S.Mansurov 2012-ci ildən bu postda çalışırdı.