|
Qvatemalada vulkan püskürməsi qurbanlarının sayı 99-a çatıb

Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 99-a çatıb. Daha öncə 82 nəfərin öldüyü bildirilirdi.

Bu barədə Trend "Reuters" agentliyinə istinadən xəbər verir. Ümumilikdə itkin düşənlərin sayı 190-ı keçir.

 

Son məlumata əsasən, hadisə 1,7 milyon insana təsir göstərib. Ölkədə üç günlük matəm elan olunub.