|
“YARAT” Teatr Klubu dəvət edir...

“YARAT” Teatr Klubunun peşəkar və həvəskar aktyorları teatrsevərləri gənc rejissor Elmin Bədəlovla birlikdə hazırladıqları səhnə əsərlərinin nümayişinə dəvət edir.

AZƏRTAC xəbər verir ki, iyunun 22-də təqdim olunacaq “Araqarışdıran”, “10 sm” və “Küləfirəngi” tamaşaları “YARAT” Müasir İncəsənət Mərkəzində nümayiş etdiriləcək.

Səhnə əsərləri tanınmış rəssamlar Aida Mahmudova və Mikelancelo Pistolettonun hazırda “YARAT”da sərgilənən əsərlərindən ilhamlanaraq ərsəyə gəlib.