“Yasak elma” serialının aktyoru Talat Bulut bir neçə gündür ki, təcavüz iddiaları ilə gündəmdən düşmür.
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, aktrisa Hande Ataizi aktyor Talat Bulutun 18 il əvvəl ona təcavüz etdiyini deyib:
“Qadınlar artıq daha cəsurdur. Mənə də o vaxt təcavüz edilmişdi. Bu işçi qız qorxmayıb, məhkəməyə gedəcəyini deyib. Halal olsun”.
Qeyd edək ki, “Yasak elma” serialının kamera arxasında çalışan işçilərindən biri aktyorun ona təcavüz etdiyini deyib və məhkəməyə baş vurub.
