|
Muğam Mərkəzində Elçin Şirinov və Andras Des Trio konsert proqramı ilə çıxış edib

İyunun 5-də “Baku Summer Jazz Days” çərçivəsində Beynəlxalq Muğam Mərkəzində tanınmış pianoçu Elçin Şirinov və Macarıstanın “Andras Des Trio” qrupu konsert proqramı ilə çıxış edib.

Konsertdə müəllif kompozisiyaları və populyar caz-hitlər səsləndirilib.

Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir.