|
Minsk qrupunun həmsədrləri Ermənistana səfər edəcəklər

ATƏT-in Minsk qrupunun həmsədrləri gələn həftə Ermənistana səfər edəcəklər.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan deyib.

O, həmsədrlərin iyunun 13-də Ermənistana səfər edəcəklərini bildirib.

Qeyd edək ki, bu, həmsədrlərin Ermənistanın yeni xarici işlər naziri Zoqrab Mnatsakanyanla ilk görüşü olacaq.