|
Venesuela Amerika Dövlətləri Təşkilatının sammitlərində iştirak etməyəcək

Venesuela Amerika Dövlətləri Təşkilatının sammitlərində iştirak etməyəcək.

Trend-in məlumatına görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.

N.Maduro deyib: "Bu, Venesuelanın xarici işlər nazirinin iştirak etdiyi son Amerika Dövlətləri Təşkilatının sammiti idi. Biz ADT-ni pisləyirik və biz gedirik, bu təsdiqlənib".

 

Onun sözlərinə görə, ABŞ hökuməti Latın Amerikası ölkələrinə qarşı ADT çərçivəsində şantaj və hədə-qorxu "kampaniyasını" həyata keçirir.

Qeyd edək ki, daha əvvəl Amerika Dövlətləri Təşkilatının sammitlərində ABŞ-ın dövlət katibi Mayk Pompeo Venesuelanın üzvlüyünü dayandırmağa və üzv ölkələri əlavə təzyiq göstərməyə çağırıb.