Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən Azərbaycan xalq mahnısı “Dağlar qızı Reyhan” haqqında məqalə yaradılıb.
MEK-dən AZƏRTAC-a bildiriblər ki, mahnı ilə bağlı
https://az.wikipedia.org/wiki/Da%C4%9Flar_q%C4%B1z%C4%B1_Reyhan#S%C3%B6zl%C9%99ri
linkində daha ətraflı məlumat almaq mümkündür.
Məqalədə xalq mahnısında dağlar qızı Reyhan adlandırılan xanımın gerçək tarixi şəxsiyyət olması, 1918-ci ildə erməni daşnaklarına və bolşeviklərə qarşı fəal mübarizəsi, xalqın yaddaşında iz qoymuş qəhrəmanlıqları, həyatının keçmiş sovet hökuməti dönəmindən sonrakı aqibəti əks olunub.
“Dağlar qızı Reyhan” mahnısını ilk dəfə 1960-cı ildə SSRİ Xalq Artisti Rəşid Behbudov ifa edib.
