|
“Roma”dan rəsmi transfer

“Roma” heyətini gücləndirib. 

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi “Portu”nun müdafiəçisi İvan Markanonu heyətinə qatıb. 

30 yaşlı futbolçu yeni klubu ilə “3+1” illik sözləşmə imzalayıb. “Portu” ilə müqaviləsi başa çatdığından Markao “Roma”ya azad agent kimi qoşulub.