|
Floridada kran yaşayış evlərinin üzərinə aşıb, xəsarət alanlar var

ABŞ-ın Lauderxille şəhərində (Florida ştatı) qaldırıcı kran yaşayış evlərinin üzərinə aşıb.

Trend-in məlumatına görə, kranın aşması nəticəsində 2 nəfər xəsarət alıb və bir evə ciddi zərər dəyib.

 

İnsidentin səbəbi hələlik məlum deyil. Hazırda xilasedicilər hadisə yerini yoxlayır.