|
Ölkədə qızıl bahalaşdı

Mayın 30-da Azərbaycanda qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb.

Trend-in məlumatına görə, qızılın qiyməti mayın 29-u ilə müqayisədə 1,3175 manat artaraq 1 troy unsiyası üçün 2207,9005 manat təşkil edib.

Gümüş 0,1675 manat ucuzlaşaraq 1 unsiya üçün 27,8146 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 0,425 manat azalaraq 1540,013, palladiumun qiyməti 14,0165 manat azalaraq 1660,73 manat təşkil edib.