|
Con Terri "Aston Villa"dan da getdi

İngiltərə millisinin sabiq üzvü Con Terri "Aston Villa"dan ayrılıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb.

 

Qeyd edək ki, C.Terri əfsanəsi olduğu "Çelsi"dən getdikdən sonra ötən ilin yayından "Aston Villa"nın şərəfini qoruyurdu. O, İngiltərə çempionşipində 2017/2018 mövsümündə 35 matçda iştirak edib