|
İrəm Dəricinin “sevgili” elanı

Türkiyəli müğənni İrəm Dərici sosial media hesabından etdiyi yeni paylaşımı ilə diqqətləri üzərinə çəkib.

 

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, müğənni hekayə bölümündə şəkil paylaşaraq bu sözləri yazıb:

“Niyə bir daha albom çıxarmayacam dediyimi xatıradığım günlərdəyəm. 20 kişi ilə mübarizə aparıram. Söz yazan, musiqi bəstələyən, aranjiman edə bilən, proqram hazırlayan sevgili axtarılır. Qəbul iyunun 1-dən başlayır”.