Mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib. İ.Əliyev nitq söyləyib. Daha sonra qəbul konsert proqramı ilə davam edib.





