|
"Moody's" Azərbaycan iqtisadiyyatında neft-qaz sektorunun rolu barədə

Azərbaycan əvvəlki kimi neft ixracından çox asılıdır.

Trend-in məlumatına görə, bunu "Moody's" beynəlxalq reytinq agentliyinin eksperti Kristian Fanq Bakıda keçirilən Azərbaycan üzrə illik sammitdə deyib.

 

Ekspert qeyd edib ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər görülsə də, neft-qaz sektoru iqtisadiyyatda, o cümlədən ixracda və hökumətin gəlirlərində hələ də yüksək paya sahibdir.