|
ABŞ-da erməni fırıldağı: 8 milyon dollarlıq işdə əlbir olublar

ABŞ-ın Los-Anceles dairəsinin 5 sakini tibbi sığortalardan istifadə etməklə fırıldaq sxemində iştirakda ittiham olunurlar.

Trend-in erməni KİV-nə istinadən verdiyi məlumata əsasən, ittiham olunanlardan 3-ü ermənidir.

Harri Cizmedjyan, Marina Sarkisyan və Lusine İlanqezyan 8 milyon dollarlıq zərərin qiymətləndirildiyi fırıldaqçılıq işində əlbir olublar. Fırıldaqçılar müştərilərə onların sığortası haqqında informasiyanın müqabilində tibbi sığortası olmayan pulsuz kosmetik prosedurlar təqdim ediblər.