|
Ançelotti rəsmən "Napoli"də - foto

“Napoli”nin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Neapol təmsilçisi Karlo Ançelottiyə tapşırılıb. Təcrübəli mütəxəssislə 2+1 illik müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Mauritsio Sarrini əvəzləyib.

 


Qeyd edək ki, “La Gazzetta dello Sport”un iddiasına görə, Ançelottinin “Napoli”də illik qazancı 6,5 milyon avro olacaq.