|
Sibirdə vaqonlardan uşaq oyuncağı oğurlayan azərbaycanlı tutuldu

Rusiyanın İrkutsk şəhərində 43 yaşlı azərbaycanlı Natiq Şahverdiyev saxlanılıb.

Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, Rusiyada qanunsuz yaşayan Azərbaycan vətəndaşı miqrasiya qaydalarını pozduğuna görə yox, 200 min rublluq oğurluqda ittiham olunur.

Şərqi-Sibir nəqliyyat prokurorluğunu açıqlamasına görə o, 2017-ci ilin oktyabrından, 2018-ci ilin aprelinədək İrkutsk vilayətinin Mamonı dəmiryolu stansiyasında dayanan yük qatarlarından oğurluq edirmiş. Stansiyada dayanan vaqonları xüsusi ləvazimatlarla açan Natiq əlinə nə keçdi oğurlayırmış. Oğurladığı mallar arasında avtomobil ehtiyat hissələri, uşaq oyuncaqları və müxtəlif əşyalar olub. İstintaq müəyyən edib ki, onun vurduğu ziyanın məbləği 200 min rubla yaxındır.