|
Azərbaycanda gündə qeydiyyat üçün 1500 əcnəbi müraciət edir

Azərbaycanda gün ərzində olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Miqrasiya Xidmətinə 1500 əcnəbi və vətəndaşlığı olmayan şəxslər müraciət edir.

Trend-in məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

O bildirib ki, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin 50-60 faizi müraciətlərini elektron formada edir.