İyunun 2-də Heydər Əliyev Sarayında Koreya Respublikasının milli musiqi və rəqslərindən ibarət konsert proqramı təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konsertdə bu ölkənin tanınmış ifaçıları və rəqs kollektivləri çıxış edəcək.
Konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin də iştirakı gözlənilir
