|
Türkiyədə qatar minik avtomobilinə çırpılıb

Türkiyənin Diyarbəkir əyalətində yük qatarı minik avtomobilinə çırpılıb.

 

Trend-in məlumatına görə, hadisə nəticəsində avtomobildə olan bir qadın xəsarət alıb və xətəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

 

Toqquşma ilə bağlı araşdırma aparılır.