|
QMİ sədri: Bəziləri ilahiyyatçı adı ilə çıxıb televiziyada şou düzəldirlər

Bəziləri ilahiyyatçı adı ilə çıxıb televiziyada şou düzəldirlər.

Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

 

A.Paşazadə bildirib ki, həmin insanlar dini təhqir edirlər: “Onlara ilahiyyatçı adını kim verir? Onların içərisində hətta yaşlı olanlar da var. Bizim din xadimləri hazırlaşıb televiziyaya çıxmalıdır, biz o yeri boş qoymamalıyıq. Çünki bəziləri televiziyada şou düzəltməyə başlayırlar. Bu bizim dinimizə yaraşmır”.